|
Rusiya Qara dənizə döyüş təyyarələri toplayır
Rusiya  prezidenti  Vladimir Putinin verdiyi təlimatla Qara dəniz sahilinə 40 döyüş təyyarəsi və helikopterlər  göndərilib.
Avropa.info  xəbər verir ki, Rusiya müdafiə nazirliyinin yaydığı açıqlamada, Rusiya-Hava Kosmos Qüvvələrinə aid döyüş təyyarələrinin və helikopterlerinin təlimi çərçivəsində min kilometrlik uçuş reallaşdırılacaq. Bunun üçün Qara dəniz sahilindəki Kuban hava bazasından istifadə ediləcək. 
Qara dəniz sahilinə göndərilən hərbi təyyarələr arasında döyüş reaktivləri, taktika bombardman təyyarələri, hücum təyyarələri, hərbi nəqliyyat təyyarələri, hücum vertolyotlarının olduğu  bildirilir.
Rusiya müdafiə naziri Sergey Şoyqu verdiyi açıqlamada, Putinin təlimatıyla Rusiyanın cənubundakı hərbi Bölgədə təlimə başlandığını bildirmişdi. 
 
Qeyd edək ki, 8 min 500 əsgərin qatıldığı təlimdə 900 hərbi vasitə, təxminən 50 döyüş gəmisi və təxminən 200 döyüş təyyarəsi və vertolyotu iştirak edir.
Cia.az