|
Britaniyada həkimlərin tətili 2800 əməliyyatı təxirə saldı
Böyük Britaniyada gənc həkimlər əməyin qiymətləndirilməsi və iş həftəsi cədvəlinə etiraz məqsədilə tətildir. Musavat.com xəbər verir ki, məlumatı “Sky News” yayıb. 
Tətillə əlaqədar yaxın sutkalar üçün 2800-dən çox cərrahiyyə əməliyyatı təxirə salınıb. 
Britaniya səhiyyə təşkilatının nümayəndəsi bildirib ki, tətilin əsas səbəbi gənc həkimlərin əmək haqqının adi və istirahət günlərində verilməsi qaydasından narazılığıdır. Hazırkı qaydalara görə, gecə növbəsində işləyən həkimlər istirahət günü işləyən həmkarlarından daha çox maaş alırlar. 
Cia.az