"Həmas"dan verilən yazılı açıqlamada paytaxt Dohada "Fətih" və "Həmas" heyətləri arasında uzlaşmanın əldə olunduğu bildirilib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, fələstinli qruplar arasında ortaq fikrə gəlindiyi və razılığın əldə edildiyi bildirilsə də, həmin fikrin mahiyyəti və məzmunu barədə heç bir açıqlama verilməyib.
"Həmas" sözçüsü Sami Əbu Zuhri daha əvvəl verdiyi yazılı açıqlamada "Həmas" Siyasi Bürosunun rəhbəri Xalid Meşal ilə Fələstin prezidenti Mahmud Abbasın görüşəcəyi xəbərini yalanlayıb.
Cia.az
