|
"Real"ın hücumçusu Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı növbəti dəfə açıqlama verib. ESPN-ə danışan portuqaliyalı futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının onun üçün son mundial olacağını bildirib: "Mən tez-tez Qətərdə və Dubayda istirahət edirəm. Oralar mənim çox xoşuma gəlir. Düşünürəm ki, "DÇ-2022" mənim üçün son mundial olacaq". Cia.az
|
