|
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinin oyunları davam edir. 

Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma baş tutub. 

Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Rusiya ilə qarşılaşıb. Bu matçda millimiz 2:6 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Rusiya yarımfinalda meydan sahibi Serbiya ilə üz-üzə gələcək. 





9 fevral 

"Avro-2016", 1/4 final 

21:30. Rusiya - Azərbaycan - 6:2 
Qollar:
 Abramov, 7 (1:0), Auqusto, 8 (1:1), Romulo, 15 (2:1), Robinyo, 25 (3:1), Abramov, 26 (4:1), Auqusto, 29 (4:2), Eder Lima, 39 (5:2), 40 (6:2)
Baş hakim: Paskal Lemala (Belçika)
Serbiya. "Belqrad Arena"

00:00. Qazaxıstan - İtaliya


8 fevral

Serbiya - Ukrayna - 2:1

Portuqaliya - İspaniya - 2:6
Cia.az