|
Roma Papası Azərbaycana gələcək

Roma papası Fransiskin bu həftə 12-ci xarici səfəri müzakirə olunduğu bir vaxtda, Vatikan Administrasiyasının məlumatlı dairələrində pontifikin Qafqaza səfər etmək niyyətində olduğu haqqında yenidən danışılmağa başlanıb. 
Cia.az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS-a istinadən "Novaya qazeta" məlumat yayıb. 
İlkin məlumatlara görə, səfər 2016-cı ilin sentyabr ayına planlaşdırılır. 
Papa Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər edəcək.

Cia.az