50-ci "Super Bowl" qarşılaşmasında möhtəşəm şou nümayiş etdirən müğənni Beyonsa əri Cey Zi tərəfindən sürpriz edilib.
Reper xanımına çıxışından əvvəl 10 min ədəd qızılgüldən hazırlanmış gül buketi hədiyyə edib. Məhz bu güllərin sayəsində Beyonsun səhnədə möhtəşəm şou göstərdiyi deyilir.
Qeyd edək ki, Beyons iyunun sonunda qastrola hazırlaşır. Avropa turnesinə çıxacaq müğənni Almaniya, İrlandiya, Hollandiya, İtaliya, Danimarka, Fransa, İsveçrə və Belçikada konsertlər verəcək.
Cia.az
