|
250 min neftçi işsiz qalacaq

Neftin qiymətlərinin aşağı olması səbəbindən dünya üzrə 250 min neftçi işsiz qala bilər.

Bu barədə Venesuelanın PDVSA şirkətinin strategiya üzrə direktoru Serhio Antonio Tovar bəyan edib.

Onun sözlərinə görə, aşağı qiymətlər sahəyə əsaslı qoyuluşların azalmasına və işçilərin ixtisarına gətirib çıxarır: "Neft sahəsində çalışan 250 min və ya daha çox insan işini itirəcək".

S.Tovar hesab edir ki, neftin aşağı qiymətlər dövrü çox davam etməyəcək və "qara qızıl"a tələb-təklif balansının bərpasından sonra başa çatacaq.

Cia.az