|
İranda qadın neft nazirinin müavini oldu

İranın neft naziri Bijən Namdar Zəngənə ilk dəfə olaraq, qadını öz müavini və National Petrochemical Company (NPC) dövlət neft-kimya şirkətinin idarəedici direktoru təyin edib.

Bu barədə Shana agentliyi məlumat yayıb.

Bu postu tutan ilk qadın nazir müavininin adı isə Marziyeh Shahdaeidir. Əvvəllər o, NPC-da layihələr üzrə direktor olub.

Nazir bu qərarı İran üzərindən sanksiyaların qaldırılmasından sonra, ixracın artırılması, xarici investisiyaların cəlb edilməsi, texnologiyaların modernləşdirilməsi və s. ilə bağlı olduğunu qeyd edib.

Cia.az