Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri bir gün əvvəl başlayan qəfil hərbi manevrlər çərçivəsində dənizdə şərti düşmənin sualtı qayıqlarını və minalarını axtarır.
Bu haqda Rusiya Müdafiə Nazirliyi bildirir.
“Gəmilərdən ibarət axtarış zərbə qruplaşması şərti düşmənin sualtı qayıqlarını və minalarını aşkara çıxarmaq vəzifələrini yerinə yetirir. Təchizat gəmiləri də dənizdə hərəkət və resurs təchizatı üçün hazır vəziyyətə gətirilib”,-açıqlamada deyilir.
Qara dəniz donanmasının zərbə qruplaşması da analoji vəzifə üçün hərəkətə keçib. Bunun ardınca gəmilərin döyüş vəzifələrini yerinə yetirmək üçün manevrlərə başlayacağı gözlənilir.
Rusiya prezidenti Vladimir Putin fevralın 8-də Cənub hərbi dairəsinin qoşunlarını qəfil əmrlə poliqonlara çıxarıb. Manevrlərdə əlahiddə desant qoşunları, Xəzər də Qara dəniz donanmaları da iştirak edir.
Cia.az
