Gəncədə orta məktəb şagirdi döyülüb.
APA bildirir ki, Göygöl rayon sakini, 2000-ci il təvəllüdlü Sahib İsmayılov bədənin müxtəlif nahiyələrinin və üzün xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. S. İsmayılov bildirib ki, o, oxuduğu məktəbin yaxınlığında parkda döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cia.az
