|
"Türk əsgərlərinin İraqdan çıxarılması ancaq hərbi yolla mümkündür"
İraq parlamentinin  təhlükəsizlik və müdafiə komissiyası  sensasion bəyanatla çıxış edib.
Avropa.info xəbər verir ki, komissiya  Türkiyə əsgərlərinin  İraq torpaqlarından ancaq hərbi yolla çıxarılmasının mümkün olacağını, İraq könüllülərinin  türk ordusuna qarşı döyüşməyə hazır olduqlarını bildirib.
Komissiya üzvü Falih Hazal  verdiyi açıqlamada  İraqın diplomatik və hüquqi yolları sınadığını, Təhlükəsizlik Şurasına şikayət etdiyini, lakin nəticəsiz qaldığını deyib.
Cia.az