Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.
Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Kvirikaşvili bildirib ki, turizm sektorunun inkişafında maraqlı olan rəsmi Tiflis İranla vizasız gediş-gəliş istiqamətində konkret addım atacaq.
Qeyd edək ki, 2013-cü ilin yayında rəsmi Tiflis təktərəfli şəkildə İranla viza rejimini bərpa etdi. Bundan sonra iki ölkə arasında təyyarə reysləri dayandırıldı, Gürcüstan bazarında fəaliyyət göstərən 100-ə yaxın şirkət ölkəni tərk etdi.
Cia.az
