|
ABŞ-da sərnişin avtobusu aşıb, 30 nəfər xəsarət alıb
ABŞ-ın Konnektikut ştatında sərnişin avtobusunun aşması nəticəsində azı 30 nəfər xəsarət alıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Madison şəhərində qeyd alınıb.
 
Bildirilir ki, sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.
 
İlkin versiyaya görə, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub. Konnektikut ştatında hazırda güclü küləklə müşahidə olunan qar yağır.
Cia.az