|
1700 metrlik qüllə tikirlər
Maraqlı texnologiya vasitələri ilə həyatımızı asanlaşdıran yaponlar indi də dünyanın ən yüksək binasını inşa etmək üçün hazırlıqlara başlayıblar. 
Tokio körfəzində inşa ediləcək olan 1700 metr hündürlüyə sahib olacaq olan “Sky Mile” qülləsi hazırda dünyanın ən hündür binası olan “Burc Xəlifə”dən iki dəfə hündür olacaq. Qeyri-adi qüllə 500 mindən çox insana ev sahibliyi edəcək. Sahilə yaxın yerlərdə təbii fəlakətlər tez-tez baş verdiyi üçün böyük binaların inşa edilməsinə xüsusi ehtiyac duyulduğu açıqlanıb.
Cia.az