İngiltərənin Beynəlxalq Statistika Ofisi tərəfindən aparılan araşdırmalara görə, ən xoşbəxt yaş aralığı 65 - 79 arasındadır.
Həyatından ən çox şikayət edən insanlar isə 45-59 yaş arasındakı insanlardır. Xüsusilə də kişilər bu yaşlardan çox narazı olurlar. Araşdırmaçılara görə, həmin yaş dövründə kişilər həm uşaqların, həm də valideynlərin məsuliyyətini daşıyırlar. Mütəxəssislər yaşı 80-dən çox olan insanların səhhət, təklik və hər kəsdən uzaq olmaq düşüncəsi ilə xoşbəxt olmadıqlarını deyirlər. Evli insanların dullar, heç bir münasibəti olmayanlarla müqayisədə daha xoşbəxt olduğu açıqlanıb.
Cia.az
