|
"Yaxın zamanlarda geri dönəcəm" –

"Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo karyerası ilə bağlı önəmli açıqlama verib.

Təcrübəli mütəxəssis yaxın zamanlarda məşqçiliyə qayıdacağını deyib:

"Hansı klubda işləyəcəyimi bilmirəm. Onu deyə bilərəm ki, işləməməkdən məmnun deyiləm. 2000-ci ildən məşqçilik edirəm. Futbol mənim ruhumda var. Ona görə yaxında yenidən işimin başında olacam".

Qeyd edək ki, J.Mourinyonun "Mançester Yunayted"i çalışdıracağı gözlənilir.

Cia.az