|
İŞİD-in naməlum cəlladlarından biri də deşifrə olundu
Xarici vətəndaşları kamera qarşısında edam edən İŞİD üzvlərindən birinin kimliyi məlum olub.
Avropa.info xəbər verir ki, “Guardian” qəzetinin yazdığına görə bu Böyük Britaniya vətəndaşı, 32 yaşlı Aleksanda Kotidir. O, ingilis ləhcəsinə görə “Bitlz terrorçusu” ləqəbi almış İŞİD-çilərdən biridir. Bu qrup britaniyalı, amerikalı, Suriya  ordusunun əsgərləri olmaqla 27 nəfərin edamında məsuliyyət daşıyır.
 
Kotinin valideynləri Kipr və Qanadandır. O, müsəlman qıza aşiq olduqdan sonra islam dinini qəbul etmək qərarı verib. O zaman onun 20 yaşı olub.
 
ABŞ və Böyük Britaniya radikallığa Londonun qərbində yerləşən Əl-Manaar məscidinə gələndən sonra yuvarlanıb. Eyni məscidi Cihadi Con ləqəbi ilə tanınan Məhəmməd Emvazi də ziyarət edib. 
 
Koti 2009-cu ildə Britaniya parlamentinin üzvü Corc Qloveyin başçılıq etdiyi yardım karvan ilə Yaxın Şərqə gəlib. Daha sonra o, Raqqada İŞİD-çilərə qoşulub. Vətənində onun iki qızı qalıb.
 
Daha əvvəl İŞİD-in digər bir ingilis üzvünün kimliyi açıqlanmışdı. O, 31 yaşlı qərbi London sakini Eyn Devisdir. Sabiq narkodiller 2013-cü ildə Suriyaya gedərək, dostları Emvazi və Kotiyə qoşulub.
 
Devis keçən ilin noyabrında İstanbulda terror aktı törətmək ittihamı ilə türk polisi tərəfindən həbs olunmuşdu. 
Cia.az