Aparıcı Burcu Esmersoy iştirak etdiyi proqramlardan birində maraqlı etiraf edib.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 39 yaşlı Burcu ilk evliliyi barədə danışıb:
"Keçmişdə bir evlilik yaşadım və boşandım. Buna görə də evlilikdən qorxuram. Birlikdə olduğum sevgililərim hamısı mənimlə evlənmək istəyib. Münasibətlərim dövründə onlara evliliyin heç də yaxşı bir şey olmadığını başa salmağa çalışdım. Başa düşən, düşdü, canını qurtardı. Artıq evlənməyi məsləhət görmürəm".
Cia.az
