ABŞ-ın San-Fransisko şəhərində Kronos Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin "Rəqs" əsərinin premyerası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan verilən məlumata görə, 500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San-Fransisko Caz Mərkəzində baş tutub.
Baş Konsulluğun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarınadərin təşəkkürünü bildirib.

Cia.az