|
Alimlər hüceyrələrin qocalmamasına çarə tapdılar
Böyük Britaniyanın “Nyukasl” Universitetinin alimləri vaxtı geriyə çevirib hüceyrələrin qocalmasının qarşısını necə almağın sirrini açıb.
Britaniya mediasının xəbərinə görə “enerji qoruyucuları” adlanan mitoxondriyalar qocalmanın əsas faktoru hesab edilib. Mütəxəssislər qeyd ediblər ki, mitoxondriyalar qocalmaqda olan hüceyrələrdən çıxarılsa, dağıdıcı proses dayanacaq və sistem xeyli cavanlaşacaq.
 
Mitoxondriyaları çox zaman “batareya” adlandırırlar. Bu, onunla bağlıdır ki, onlar hüceyrələrin fəaliyyəti və bütövlükdə insan orqanizmi üçün zəruri olan enerjinin paylanmasını həyata keçirir. İnsan yaşlandıqca orqanizmdə tədricən müxtəlif dərəcəli zədələr yaranır. Bunlar iltihab proseslərini sürətləndirir, nəticədə qocalma prosesi inkişaf edir. Mitoxondriyalar laboratoriya şəraitində hüceyrələrdən çıxarılanda qocalma prosesini dayandırmaq mümkün olub, çünki iltihablı molekulların və gen ekspressiyalarının səviyyələri eynən gənclərinki kimi olub.
 
Alimlər əldə etdikləri nəticəyə əsaslanaraq, hüceyrələrin qocalma tempini yavaşlatmağa kömək edəcək metodlar üzərində çalışırlar.
Cia.az