Roma Papası rus Patriarxı Kirili özünün ən əziz qardaşı adlandırıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Papa bu sözləri Vatikanda, Müqəddəs Pyotr meydanında bazar günü duasına qulaq asmaq üçün gələnlər qarşısında çıxışı zamanı deyib.
Papa meydana toplaşanlardan onun Meksika səfəri və Havanada Patriarx Kirillə görüşü üçün dua etmələrini xahiş edib.
Tarixdə ilk dəfə fevralın 12-də Kubada Roma katolik kilsəsi ilə, Pravoslav kilsəsi arasında görüş keçiriləcək.
Cia.az
