|
YUĞ-da "Fəna" olacaq

Dekabrın 13-ü, saat 18:00-da Azərbaycan Dövlət YUĞ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşasının premyerası keçiriləcək.

Teatrdan Milli.Az-a verilən məlumata görə, bir nəfəslik mərifət oyununun quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı Rəşid Şerif (əməkdar rəssam), musiqi tərtibatçısı Amid Qasımov, İffət Əsgərov, rejissorunun assistenti Qasım Nağıdır.

İştirak edirlər:

KİŞİ Qasım NAĞI
QADIN Natəvan QEYBANİ
DOST Oktay MEHTİYEV
FİKRƏT Novruz NOVRUZLU

Log-line: “Özünə gəlmək”, “Özünəqayıdış” düşüncəsi və halı əzəldən insan təfəkküründə və ruhunda mövcud olub.

Plot-line: Özünü-özlüyünü itirmiş üç nəfər, öz fitrətlərini insan surətində görüb, onun dəvətilə özlərinə-özlüyünə qayıdırlar.

Müəllif intensiyası: İnsan bütöv bir Həqiqətin zərrəsidir. Bunu istəsə də, istəməsə də insan O Həqiqətə bağlıdır. Bu Həqiqətin insandakı təzahürü vicdan, mənəviyyat, ruh və ya fitrət adlanır. Bəşər övladı yarandığı gündən Həqiqətə qayıdış yolunda vasitəçi olan təmiz fitrətə ya müdaxilə edir (sakral-ilahi gedişata müxtəlif maneələr yaradır), ya da müdaxilə təhlükəsi ilə yaşayır. Fitrətə müdaxilə etməmək və ya bu təhlükədən amanda qalmaq üçün insan daim özünüislah (təzkiyə) və özünütanıma (mərifət) prosesini yaşamalıdır. Ki, nəticədə Fəna (qovuşma, həll olma, Həqiqətdə yox olma) məqamına yüksəlsin.

Tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.

Xronometraj 55 dəqiqədir.

Tamaşa 13 dekabr saat 18:00-da YUĞ Dövlət Teatrında nümayiş olunacaq.

Ünvan: M.Muxtarov 83