|
Bakının mərkəzində məşhur butikdən oğurluq edilib
Bakının mərkəzindəki brend geyimlərin satıldığı butiklərdən birindən oğurluq edilib.
 
Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 43 ünvanında yerləşən “Tod”s” mağazasından fevralın 4-də gecə saatlarında 2200 manat nağd pul və 4700 manatlıq geyim oğurlanıb.
 
İlkin məlumata görə, oğurluq açar seçmə yolu ilə törədilib.
 
Faktla bağlı Səbail polisi araşdırma aparır.
Cia.az