Uşaqlarda və yeniyetmələrdə aşkar olunan düyünlərin bədxassəli olma riski 3 qat yüksək olur. USM müayinədə düyünün ölçüsünün 1 sm-dən böyük olduğu aşkarlansa, düyünə biopsiya edilməlidir. Əgər xəstənin ailəsində, qohumlarında tiroid xərçəngi varsa, yüksək kalsitonin səviyyəsi görülürsə, düyünün ölçüsü nə qədər olursa-olsun biopsiya olunmalıdır. Risk faktorları olmasa belə, USM müayinədə bədxassəli olmanı düşündürən yuxarıda sadaladığımız əlamətlərdən ən azı 2-si varsa, düyünün ölcüsü 1 sm-dən kiçik olsa belə, biopsiya edilməlidir. Uzun müddətli müşahidə altına alınan düyünlərdə kalsitonin miqdarı 1 dəfə ölçülməlidir. Kalsitonin miqdarının >100 pq/ml olması medullyar xərçəng üçün diaqnostikdir.
- Ssintiqrafiya zamanı aşkar olunan soyuq düyünlərin 15% malign olma ehtimalı var.
- Hipoexogen və kənarları kələ-kötür olan düyünlər
- İntranodulyar vaskulyarizasiyasiı olan düyünlər
- Mikrokalsifikasyon (içində kalsinati olan düyünlər)
- Böyük və sürətlə böyüyən düyünlər
- Ailədə tiroid xərçəngi olan adamlar, xüsüsilə (medullyar xərçəng)
- Kişilərdə, uşaq və yeniyetmələrdə aşkar olunan düyünlər
Hansı düyünlərdə bədxassəli olma riski daha yüksəkdir?
Qalxanabənzər vəzidə düyün aşkar olunan hər xəstədən uşaq vaxtında baş-boyun bölgəsində radioterapiya alması, ailəsində tiroid xərçəngi olub-olmadığı soruşulmalıdır. Düyünün USM müayinəsi zamanı düyünün böyüməsi, səs kallaşması, nəfəs darlığı, udqunmada çətinlik, öskürək kimi şikayətlərin olması ciddiyə alınmalı və bədxassəli olması araşdırılmalıdır. Düyün olan xəstənin yaşı və cinsi önəmlidir.
- TSH aşağı olduqda tiroid ssintigrafiyasi aparılır.- Riskli düyünlərdə IIAB (incə iynə aspirasyon biopsiya)- USM- Tiroid funksion testləri (TSH,s t4)- Anamnez və fiziki müayinəQalxanabənzər vəzi düyünləri xəstənin özü tərəfindən və ya həkimin fiziki müayinəsi əsasında boyunda kütlə ələ gəlməsi, bəzən də aparılan müayinələr nəticəsində təsadüfən aşkara cıxarılır. Bir düyün aşkarlandıqda ən önəmli olan onun xoş (benign) və ya bəd (malign) olmağını müəyyənləşdirməkdir. Qalxanabənzər vəzi düyünlərində bədxassəli olma ehtimalı 5%-dir.
Cia.az
