ABŞ-ın Kaliforniya ştatında keçirilən "SuperLottoPlus" lotereya oyununun təşkilatçıları 63 milyon dollar məbləğində uduş əldə etmək hüququ verən xoşbəxt biletin sahibini axtarmağa başlayıblar.
Son gözləmə müddəti cümə günü ABŞ-ın Sakit okean sahili vaxtı ilə 17:00-da (Bakı vaxtı ilə 6 fevral 05:00-da) başa çatıb.
Təşkilatçılar müstəsna olaraq növbəti həftənin də başa çatmasını gözləməyə hazırdırlar.
"Biz yenə də ərizələri nəzərdən keçiririk. Güman edirəm ki, bu proses gələn həftə də davam edəcək", - deyə "SuperLottoPlus" nümayəndəsi Aleks Traverso bildirib.
Əgər qalib tapılmasa ştat tarixində rekord olan 63 mln. dollar uduş Kaliforniya məktəblərinin ehtiyaclarının ödənməsinə sərf olunacaq.
Xoşbəxt bilet avqustun 8-də Los-Ancelesdə satılıb.
Cia.az
