|
İnsan dərisi ilə cildlənən kitab...
Harvard Universitetinin kitabxanasında qəribə görünüşlü dəri cildləri olan üç kitabla bağlı aparılan araşdırmalar nəticəsində onların insan dərisi ilə cildləndiyi ortaya çıxıb. 
Kitabın XVII əsrə aid olduğu deyilir. İnsan dərisi ilə cildlənmiş kitablar onlar haqqında araşdırma aparan alimləri də şoka salıb. “Roadtrippers”ın xəbərinə görə, kitablardan birinin cildi canlı-canlı dərisi üzülmüş insana məxsus imiş.
 
Əslində kitabların insan dərisi ilə cildlənməsi XVII əsrdə olduqca populyar olub. “Antropodermik kitab cildləməsi” adlandırılan bu sənət haqqında anatomiya kitablarında çox məlumatlar var. Tibb sahəsində çalışan insanlar üzərində çalışdıqları ölülərin dərisini çıxararaq kitab cildləyənlərə verirmişlər. Qeyri-adi kitablardan biri Roma şer sənəti, ikincisi fransız fəlsəfəsi, üçüncüsü isə orta əsrlər İspan hüququ haqqındadır. Fransanın ilk yazılı qanunu da 1791-ci ildə insan dərisi ilə cildlənib.
Cia.az