Türkiyədə əməliyyatlar zamanı 30 PKK-çı terrorçunun öldürüldüyü bildirilib.
Musavat.com xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi internet saytında açıqlayıb.
Məlumata görə, Şırnakın Cizrə bölgəsində davam edən əməliyyatlarda 11, Diyarbəkirin Sur bölgəsində isə 7 PKK-çı terrorçu məhv edilib.
Bölgələrdən verilən məlumatda isə mağara və çadırlara təşkil olunan əməliyyatlarda 12 PKK-çının ölü olaraq, ələ keçirildiyini açıqlanıb.
Cia.az
