|
Qafqazşünaslıq İnstitutu açıldı

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Qafqazşünaslıq institutu yaradılıb.

CİA.Az-ın AMEA-nın saytına istinadən verdiyi məlumata görə,qurumun məqsədi Azərbaycan Respublikasının Qafqaz regionu ilə çoxcəhətli əlaqələrini ardıcıl və sistemli şəkildə tədqiq etməkdir.

Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin 10 dekabr 2014-cü il tarixli iclasında qəbul olunub.