|
"Oğlumun çox pis dostları var, onlardan qurtulsa..."

Xalq artisti İlhamə Quliyeva son zamanlar oğlu Orxan Nadirovun ətrafında yaranan söz-söhbətdən danışıb. 
Xalq artisti oğlunun ətrafından narazı olduğunu söyləyib: 
"Heç bilmirəm bu, nə işdir düşmüşəm. O qulluqçunun gündə bir fırıldağı çıxır ortaya. Oğlumu da tutdurmaq istəyirdi, amma bacarmadı. Bax bunu açıq deyirəm, oğlumun çox pis ətrafı, dostları var. Oğlum onlardan qurtulsa, yaxşı olacaq". 
Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın oğlunun dostu Vüqar Bəkirov dələduzluq maddəsi ilə həbs olunub.

Cia.az