Bu təkliflə Rusiya Dövlət dumasında “Ədalətli Rusiya” fraksiyasından millət vəkili Oleq Paxolkov çıxış edib.
Paxolkov bu təkliflə RF iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin ünvanına məktub göndərib. Həmin məktubda yaxın 5 il ərzində xarici ölkələrə neft satışının tamamilə dayandırılması təklif olunur.
“Bu gün qətiyyətimizi toplayıb elan etməliyik ki, düynya bazarlarına neft satışı bizim üçün prioritet deyil və ölkə daxilində iqtisadiyyatı gücləndirməyə başlamalıyıq. Rusiya bir dəfə də ayağa qalxmaq imkanında olduğunu göstərməlidir. Bunun üçün hər cür ehtiyatlarımız mövcuddur”, - məktubda belə deyilir.
Sənəddə o da qeyd olunur ki, ölkənin xarici partnyorları qarşısında öhdəlikləri var və bunları yerinə yetirmək şərtilə 5 il ərzində xaricə neft satışını azaldaraq sonradan tamamilə dayandırmaq lazımdır.
Cia.az
