|
Braziliya prezidenti ağcaqanadlara qarşı müharibə elan etdi
Brazilya prezidenti Dilma Rousef Zika virusu ilə əlaqədar telekanalların birində çıxış edib.
Musavat.com xəbər verir ki, D.Rousef Zika virusunun yayılmasına səbəb olan ağcaqanadlara qarşı müharibə elan edib.
Məlumata görə, qarşıdakı şənbə gününü Milli Səfərbərlik Günü elan edən D.Rousef minlərlə əsgər və məmurun evləri və ofislərindəki ağcaqanadları yox etməyə çalışacağını bildirib.
Braziliya prezidenti həmçinin ağcaqanadların əksəriyyətinin evlərin yaxınlığında törədiklərini də diqqətə çatdırıb.
D.Rousef "Hər birimiz bu savaşda yer almalıyıq. Yardıma ehtiyacımız var. Əməkdaşlıq edin, ailənizi və çevrənizi hərəkətə gətirin. Elm hələ də Zika virusuna qarşı bir peyvənd tapa bilmədiyi üçün xəstəliyin qarşısının almağın tək yolu ağcaqanadlara qarşı mübarizə aparmaqdır", - deyə vurğulayıb.
Qeyd edək ki, Zika virusu uşaqların beyninin tam inkişaf etmədən dünyaya gəlməsinə səbəb olur.
Cia.az