|
Demirtaşın toxunulmazlığı ləğv olunur
Diyarbəkr Prokurorluğu HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figən Yüksəkdağ və bəzi millət vəkilləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. 
Avropa.info xəbər verir ki, prokurorluq HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figən Yüksəkdağ, millət vəkilləri Səlma İrmak, Sırrı Süreyya Önder və Ərtoğrul Kürkçü haqqında Ədliyyə Nazirliyinə təqdimat göndərib. 
Müraciətdə adları çəkilən şəxslərin toxunulmazlıqlarının ləğv olunması tələb olunur. 
 
Prokurorluğun 26 dekabr 2015-ci ildə Kayapınar İdman Salonunda iki gün davam edən Demokratik Toplum Konqresində çıxışları zamanı dedikləri bəzi fikirlərlə bağlı yuxarıda adları çəkilən şəxslərlə bağlı başlatdığı istintaq tamamlanıb. 
 
İstintaq çərçivəsində xalqı kin və düşmənçiliyə açıq-aşkar təhrik etmək və silahlı terror təşkilatına üzv olmaqda ittiham olunan Səlahəddin Demirtaş, Figən Yüksəkdağ, Səlma Irmak, Sırrı Süreyya Önder və Ərtoğrul Kürkçü haqqında hazırlanan təqdimatda konstitusiyanın 83-cü maddəsinə istinadən, həmin şəxslərin toxunulmazlıqlarının ləğv olunması tələb olunub. 
Cia.az