|
Qulağından qarışqalar çıxdı
Hindistanda baş verən hadisə hər kəsi şoka salıb. Həkimlər bir qızın qulağından 1000 qarışqa çıxarıblar. Hindistanın Gucerat əyalətinin Deesa qəsəbəsində yaşayan 12 yaşlı Şeya Darji adlı qız uzun müddət qulaq ağrısından əziyyət çəkib. Balaca qızın valideynləri onun qulağından hər gün 10-15 ədəd qarışqanın bayıra çıxdığını deyiblər. 
Onun qulağındakı problem ilk dəfə ötən ilin avqust ayında yaranıb. Həkimlər onun qulaq kanalında qarışqalar olduğunu deyiblər. Bu günə qədər mütəmadi olaraq qulağındakı qarışqalar təmizlənib. Lakin heç bir müalicə üsulu onun qulağındakı qarışqaları təmizləməyib. Şeya Darjinin ata-anası son çarə olaraq onu falçılara da aparıb. Həkimlər onun qulağının içində heç bir anormallıq olmadığını desələr də qarışqaların necə meydana gəldiyi bəlli deyil. Qarışqaları boğmaq üçün qulaq damcısından belə istifadə edilib. Həkimlər bu anormallığın heç bir elmi əsası olmadığını desələr də, qarışqaların ora necə girdiyini və tükənmədiklərinin səbəbini müəyyən edə bilmirlər.
Cia.az