|
İtlərin sədaqəti təsdiqləndi

Alimlər heyvansevərlərin ən çox maraqlandığı məsələlərdən biri olan “pişiklər, yoxsa itlər sahiblərini daha çox sevir” sualının cavabını tapıblar.

Araşdırma zamanı it və pişiklərin sahibləri ilə oynayarkən bədənlərində əmələ gələn oksitoksin səviyyəsi ölçülüb. Nəticədə məlum olub ki, həmin maddənin səviyyəsi 57,2%, pişiklərdə isə 12%-dir. İtlərdə bir neçə dəfə hesablansa da pişiklərdə oksitoksin maddəsinin miqdarı heç vaxt ölçülməmişdi. Araşdırma zamanı 10 it və 10 pişik təxminən 10 dəqiqə sahibləri ilə oynayıblar. Nəticədə itlərdə oksitoksinin səviyyəsi inanılmaz dərəcədə yüksək çıxıb. Pişiklərdə isə bu maddənin səviyyəsi olduqca aşağı olub. Məlumat üçün bildirək ki, sözügedən maddə sevginin ən önəmli göstəricisidir. İtlərin insanları bu qədər sevməsinin səbəbi isə onların ilk əhilləşdirilən heyvanlar sırasında  olmasıdır. Genetik araşdırmalara görə, itləri ilk dəfə 30 min il, pişikləri isə 20 min əvvəl əhilləşdirilməyə başlayıblar. İt sahibləri pişik saxlayanlarla müqayisədə daha sakit və sosial olurlar.

Cia.az