|
​ABŞ Səudiyyə Ərəbistanı ilə Suriyada quru əməliyyatlarını müzakirə edəcək
ABŞ Səudiyyə Ərəbistanı ilə Suriyada yerüstü əməliyyatların aparılmasına dair məsələni müzakirə edəcək.
Pentaqon rəhbəri Eşton Karter danışıqların gələn həftə Brüsseldə aparılacağını bəyan edib.
Səudiyyənin müdafiə nazirinin müşaviri, briqada generalı Əhməd Asseri ölkəsinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin tərkibində Suriyada yerüstü hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu bildirmişdi. General Səudiyyə hərbçilərinin yalnız İŞİD terrorçuları ilə mübarizə aparacağını qeyd etmişdi.
Cia.az