|
Təyyarə bir sərnişinə görə uçdu
Çində tətilə çıxanlar çoxaldığı üçün bəzi sərnişinlərin uçuş saatları dəyişdirilib. 
Zang adlı qadın da uçuş saatı dəyişdirilən sərnişinlərdən biri imiş. Gənc qadın onun üçün təyin edilmiş saatda təyyarəyə mindiyi zaman orada tək olduğunu görüb. Təyyarənin yalnız onun üçün uçması gənc qadını xoşbəxt edib. Zang qeyri-adi təcrübəsini Çinin ən böyük sosial şəbəkəsi olan “Veibo”da paylaşıb. “BBC” televiziyasına müsahibə verən qadın “Çox xoşbəxt idim. Həyatda bir dəfə başıma gələ biləcək hadisə idi. Özümü ulduz kimi hiss edirdim” deyib. Zang stüardessaların və pilotların ona xüsusi diqqət göstərdiyini deyib.
Cia.az