Neftin qiymətində müşahidə olunan ucuzlaşma neft şirkətlərinə zərbə vurmaqda davam edir. ANS PRESS-in məlumatına görə, vəziyyətlə əlaqədar gəlir itirən dünyanın aparıcı neft şirkətləri sırasına Norveçin "Statoil" enerji qrupu da qoşulub.
Şirkət rəhbərliyi ötən ilin 4-cü rübündə 1.08 milyard dollar məbləğində itki ilə qarşılaşdıqlarını bildirib.
Şirkətin dirketoru Eldar Setre qeyd edib ki, vəziyyətlə əlaqədar şirkət xərclərin azaldılması üçün tədbirlər görəcək.
“Bütövlükdə neft sənayəsi təzyiq altındadır. Düşünürəm ki, hər kəs vəziyyətlə əlaqədar bir tədbir görülməsinə ehtiyac olduğunu anlayır. Mən gerçəkçiyəm. Lakin eyni zamanda vəziyyətin düzələcəyinə dair nikbinliyimi də qoruyuram”.
Şirkət rəhbərliyi bildirib ki, bu il itirilən gəlirlər ötən il ilə müqayisədə 3 faiz daha çox olub.
Statoylun gəlirləri 12.8 milyard dollara qədər azalıb. Ötən il gəlirlər 17.2 milyard dollar təşkil edirdi.
Cia.az
