|
İrina Şeyklə sevgilisi bir arada -
Rusiyalı model İrina Şeyklə britaniyalı aktyor sevgilisi Bredli Kuper ayrılıq xəbərlərindən sonra yenidən bir yerdə görülüblər. 
41 yaşlı aktyorla 30 yaşlı model Nyu-Yorkda məkanların birindən çıxarkən obyektivlərə tuş gəlib. Cütlüyün yanında aktyor Con Hill də olub. 

Xatırladaq ki, bir qədər əvvəl İrina ilə Bredlinin aktyorun anasının modeli istəməməsi səbəbindən ayrıldıqları haqda məlumatlar yayılmışdı.
 

 

 

Cia.az