|
"Yuventus"un futbolçusu üçün mövsüm erkən bitdi

"Yuventus"un futbolçusu Martin Kaseres üçün mövsüm erkən bitib.

Cia.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, uruqvaylı müdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. 28 yaşlı oyunçunun bu mövsümün sonuna kimi meydana çıxmayacağı bildirilib.

Qeyd edək ki, M.Kaseres A seriyasının 23-cü turunda "Cenoa"ya qarşı matçda zədələnib.

 Cia.az