|
Felipe Luisin cəza yüngülləşdirildi

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Atletiko"nun futbolçusu Felipe Luisin cəzasını yüngüləşdirib.

Cia.Az İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçiyə verilən 3 oyuna cəza 1 matça endirilib. Bu isə o deməkdir ki, F.Luis təkcə La Liqada "Eybar"la görüşü buraxacaq.

Qeyd edək ki, F.Luis La Liqada "Barselona" ilə matçda Lionel Messiyə qarşı kobud hərəkətinə görə cəzalandırılmışdı.

Cia.az