|
Əvəzedicilərin çempionatında 20-ci tura start verildi

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzəedici heyətləri arasında keçirilən yarışda 20-ci tura start verilib.

Cia.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Neftçi" öz meydanında "Rəvan"a 1:3 hesabı ilə uduzub.

 

4 fevral

"Neftçi" - "Rəvan"
Qollar:
 Xanlar Teymurov, 39 (0:1), Elmin Ağayev, 77 (0:2), Elnur Abdulov, 90+4 (0:3), Oruc İsmayılov, 90+4 (1:3)

Cia.az