|
"Avro-2016"nın final mərhələsində bu axşam millimizlə qarşılaşacaq futzal üzrə Çexiya yığmasının baş məşqçisi Tomaş Noyman müsahibə verib. Qol.Az-ın məlumatına görə, Çexiya mətbuatına danışan Noyman komandasının axşam yalnız qələbəyə oynayacağını bildirib: "Azərbaycan millisi bizimlə oyunda tərəddüd edə bilməz. Biz yalnız qələbə haqda düşünürük".
- Sonuncu dəfə Azərbaycanla 2010-cu ilin Avropa çempionatında qarşılaşmışıq. Həmin görüş rəqibin böyükhesablı qələbəsi ilə başa çatıb - 1:6. - Komanda nəticədən çox məyus olmuşdu. Lakin ruhdan düşmədik və sonra turnirin bürünc medallarını qazandıq. Bu, inanılmaz qələbə idi. Həmin zəfəri yenidən yaşamaq istərdim. - Sizcə, son 6 ildə Azərbaycan millisi nə qədər dəyişib? - Onların bəzi braziliyalı futzalçıları və baş məşqçiləri dəyişib. Artıq Azərbaycan millisində yeni oyunçular var. Lakin 6 il əvvəlki yığma ilə müqayisədə hansı komandanın daha güclü olduğunu söyləmək çətindir. - Rəqibin gücünü necə dəyərləndirirsiniz? - Azərbaycan yığmasında güclü braziliyalı futbolçular çıxış edir. Onlar həm fərdi, həm də komanda şəklində çox yaxşı təsir bağışlayırlar. Rəqib turnirə yaxşı hazırlaşıb. Ancaq bu, bizim qələbə qazanmaq istəyimizi dəyişmir. - Azərbaycan millisi turnirin ilk oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub. Sizcə, bu rəqib oyunçulara nə dərəcədə təsir edəcək? - Bunu təsəvvür etmək çətindir. Onlardan kiminsə yorulub-yorulmadığını nəzərə almaq lazımdır. Ancaq hamımız axşam bunun şahidi olacağıq. Cia.az
|
