|
“Al-Kuwaityah” dünyanın ən gözəl hava limanından yazdı

Küveytdə ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik gündəlik “Al-Kuwaityah” qəzetində “Şəkillərdə......Dünyanın ən gözəl hava limanı” başlığı altında məlumat dərc edilib.

Virtualaz.org saytı AzərTAc agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyindən bildirildiyinə görə, bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan fotoşəkillərə əsasən, dünyanın ən gözəl hava limanı Azərbaycanın paytaxtı Bakıda yerləşən və ölkənin beş hava limanından biri olan Heydər Əliyev Beynəlxalq Aeroportudur.

Bununla yanaşı, yazıda aeroportun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıdığı bildirilir. Eyni zamanda, məlumatda sosial şəbəkə istifadəçilərinin hava limanının füsunkar gözəlliyə malik olduğundan məmnunluq ifadə etdikləri vurğulanıb.

Cia.az