|
Qətldə təqsirləndirilən şəxsə 19 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Ə.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayının 19-da Bakı şəhər, Xəzər rayonu, Türkan qəsəbəsində qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ə.Məmmədov tutulub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Cia.az