|
Julian Assange azadlığa çıxa bilər -

BMT komissiyası “Wikileaks” saytının qurucusu Julian Assange-ın azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT xüsusi qrupu Böyük Britaniya və İsveçi aktivisti dərhal azad etməyə çağırıb.

Xatırladaq ki, WikiLeaks qurucusu 2010-cu ildə İsveç prokurorluğunun sorğusu ilə Londonda həbs edilib. 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınan Assange oradan siyasi sığınacaq ala bilib.

O, həmçinin bildirmişdi ki, əgər BMT-nin işçi qrupu onun azadlıqdan mərhum edilməsini qanunsuz hesab edərsə, sığınacağını tərk edib polisə təslim olmağa hazırdır.

Cia.az