|
“Aztelecom”dan oğurluq edən tutuldu

"Aztelecom” MMC-dən oğurluq edilib.

Cia.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində “Aztelecom” MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini İlqar Mustafayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Cia.az