Baykal gölünün akvatoriyasında 6 bal gücündə zəlzələ baş verib.
"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, zəlzələ ötən axşam Bakı vaxtı ilə saat 20.27 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri gölün mərkəzində yerləşən Olxon adasında olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.
Cia.az
