Dünyanı 4 uşağı və 1928-ci ildə istehsal olunmuş maşını ilə gəzən argentinalı Zapp ailəsi 60 ölkədən sonra Türkiyəyə gəlib. Sabit gəlirləri olmadan dünyanı dolaşan ailə Türkiyədə bir internet saytının sahibi olan Duyğu Şar adlı qadının evində qonaq olub.
14 yaşlı Pampa, 11 yaşlı Tehue, 9 yaşlı Paloma və 7 yaşlı Valabi adlı uşaqları ilə qarşılanan Herman və Candeleria Zapp cütlüyü səyahətlərindən də bəhs ediblər. Herman Zapp 4 min dollarla yola çıxdıqlarını, 6 ay sonra pulları bitsə də səyahətlərinə davam edə bildiklərini açıqlayıb. 4 övladları ilə birlikdə dünyanı gəzən ailə bunun çox maraqlı olduğunu düşünür.
Cia.az
