Müğənni Vasif Məhərrəmli saqqal saxlayan kişilərdən danışıb.
Sənətçi “10-dan sonra” verilişində saqqalı sevmədiyini bildirib:
“Mən cırıq, sallanmış şalvar geyinə bilmərəm. Səliqəli, kostyum geyinməyi sevirəm. Bir insanın geyimi üç rəngdən ibarət olmamalıdır. Gedirlər özlərini bıçaq altına yıxır, plastik əməliyyat etdirirlər. Burda pis nə var ki? Səhnə adamının gözəlləşmək üçün yüz dəfə belə bıçaq altına yıxılması normaldır. Deyirlər, "Kişidən mazut iyi gələr". Niyə? Kişidən gözəl ətir iyi gəlməlidir, üzünü təmiz saxlamalıdır. Yeni dəb çıxıb, saqqalı uzadırlar. Belə insan necə təmiz ola bilər? İnsanın səliqəli olması üçün o saqqalı qırxması lazımdır”.
Cia.az
